Ötən gün dörd qumbara və digər silah-sursat təhvil götürülüb

22
Mar
14:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün dörd qumbara və digər silah-sursat təhvil götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, polis əməkdaşları martın 21-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silahı, dörd qumbara, iki tüfəng, bir patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.