Bakıda sahibkar “Porsche” ilə qəza törədərək hadisə yerindən qaçdı - İTTİHAM

28
Mar
10:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Ceyhun Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 27 dekabr 2022-ci il tarixdə, saat bir radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, Ceyhun Quliyev etibarnamə əsasında idarə etdiyi “Porsche Cayenne” markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsini dayanacaqda olan maşına çırpıb. Nəticədə idarə etdiyi avtomobilin ön sərnişin oturacağında əyləşmiş sərnişin, zərərçəkmiş Zahir Nağıyev xəsarət alıb, digər maşına isə 31 599 manat məbləğində maddi ziyan dəyib. Bundan başqa, təqsirləndirilən şəxs qəzadan sonra hadisə yeridən qaçıb.

Nizami Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi üzrə cinayət məsuliyyətindən azad olunub və həmin maddə ilə cinayət təqibinə xitam verilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.

Qeyd edək ki, qəza törədən Ceyhun Quliyev fərdi sahibkarlıqla məşğul olur.