Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.
seher.media xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,26 ABŞ dollar aşağı düşərək 89,91 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.