Arvadından ayrılmış gənc xalası qızı tək olanda evinə gəldi: “Qapını bağladı...” - TƏFƏRRÜAT

9
Apr
02:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunda 1992-ci il təvəllüdlü Nicat xalasının yetkinlik yaşına çatmayan qızı Ləmana (adlar şərti verilib – red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Nicat cinsi ehtirasını təmin etmək niyyəti ilə 6 iyul 2021-ci ildə saat 16 radələrində Ləmanı qardaşına məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən evə dəvət edib.

Orada yalandan onunla ailə quracağın deyib, evdə heç kimin olmadığından istifadə edərək onu soyundurub. Sonra onunla cinsi əlaqədə olub, digər seksual xarakterli hərəkətlər edib.

Bundan başqa Nicat təkrarən cinsi ehtirasını təmin etmək niyyəti ilə 21 sentyabr 2021-ci ildə saat 15 radələrində Ləmanı eyni vədlə aldadaraq onunla yenidən cinsi əlaqəyə girib.

İstintaq orqanı tərəfindən Nicatın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, arvadından ayrıldığına görə 2020-2021-ci illərdə Atyalı yaşayış massivində xalası Mahirənin evində onlarla birlikdə yaşayıb: “Ləman xalam Mahirənin qızıdır. Həmin vaxtı Ləman 9-cu sinifdə oxuyurdu. Xalam arvadımdan ayrıldığına görə qızı Ləman ilə ailə qurmağımı təklif etdi. Mən razı olmadım. Ləmanın azyaşlı olduğunu, onu istəmədiyimi bildirdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra xalasının evindən çıxıb və başqa ünvanda yaşamağa başlayıb: “Ləmanla ailə qurmağı rədd etdiyimə görə həm xalam özü, həm də qızı mənə qarşı qərəzli olublar. Buna görə mənə şər atıblar. Ləman ilə heç vaxt təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Ona qarşı heç bir əxlaqsız hərəkətlər etməmişəm”.

İş üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, Atyalında valideyinlərinin himayəsində yaşayır: “2021-ci ildə Qobu qəsəbəsində orta məktəbin 9-cu sinfində oxumuşam. Nicat vəfat etmiş xalam Xumarın oğludur. O mənim 9-cu sinifdə oxuduğumu bilib. Ad günlərimdə gələrək qohum kimi iştirak edib. Hökməli qəsəbəsində qardaşı Mahirin evində yaşayıb. Evlidir, bir uşağı var. Lakin arvadı ondan ayrı yaşayıb.

Nicat xalam oğlu kimi bizə tez-tez gəlib-gedib. Nicatın evi ilə bizim ev arasında təxminən 50-60 metr məsafə var. Buna görə də gününün çox hissəsini bizim evimizdə keçirib”.

Ləman qeyd edib ki, 6 iyul 2021-ci ildə saat 16 radələrində evdə tək olduğu zaman xalası oğlu onlara gəlib və qapını bağlayıb: “Evdən çölə çıxmaq istədim, Nicat məni çıxmağa qoymadı. Nə üçün belə etdiyini başa düşmədim. Sonra məni qucaqladı. Mənimlə evlənəcəyini və məni sevdiyini bildirdi. Boş olan yataq otaqlarında paltarlarımı əynimdən çıxardaraq, məni soyundurdu, döşəməyə uzatdı.

Razılığım əsasında mənimlə cinsi əlaqədə oldu, seksual xarakterli hərəkətlər etdi. Sonra paltarlarımızı geyindik. Nicat mənə bu barədə heç kimə deməməyi tapşırdı. Yaxın günlərdə mənimlə evlənəcəyini, məni sevdiyini bildirdi. Valideyinlərimdən qorxduğuma görə bu barədə onlara və başqalarına heç nə demədim”.

Ləman bildirib ki, 21 sentyabr 2021-ci ildə Nicat onlara gəlib: “Həmin gün saat 15 radələrində Nicat yaşadığım evdə mənimlə yenə də təbii və qeyri-təbii yolla cinsi əlaqədə oldu. Anam məni həyəcanlı gördükdə, nə baş verdiyini soruşdu. Anama Nicatın mənə evlilik təklif etdiyini dedim. Anam mənə iradını bildirdi, bunun heç zaman mümkün olmadığını bildirdi. Valideyinlərimdən qorxduğum üçün həmin gün onlara və başqalarına heç nə demədim.

Anam dəfələrlə məndən Nicatla nə kimi münasibətimin olduğunu soruşdu. Buna görə də anama sentyabrın 22-də Nicatla cinsi əlaqədə olmağımı dedim”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nicat 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.