“Brent” markalı neftin qiyməti 2023-cü il oktyabrın 23-dən bəri ilk dəfə olaraq bir barel üçün 92 dolları ötüb.
Bakı vaxtı ilə saat 18:41-ə olan birja məlumatlarına əsasən, “Brent” markalı neftin qiyməti 2,1% artaraq bir barel üçün 92,1 dollara (təxminən 156,5 manat) çatıb.
Qeyd olunub ki, Bakı vaxtı ilə saat 18:53-də “Brent” markalı neft artıq 91,63 dollara (+1,59%) satılıb. Eyni zamanda “WTI” markalı neftin may füçersləri 1,83% artaraq bir barelin qiyməti 87,2 dollara (təxminən 148.2 manat) çatıb.
Mənbə: TASS