Aprelin 15-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan altı cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən seher.media-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 72, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.