“Emilin vəfatından sonra yatmıram”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov verilişlərin birində qonaq olarkən deyib.
O, müğənni Aydın Saninin ifası zamanı mərhum müğənni oğlu Emil Rəhmanoğlunu xatırlayıb:
“Bundan əvvəl iki dəfə bu verilişə qonaq gəlmişəm və hər ikisində Emillə bağlı danışmışam. Mahnını dinləyərkən o yadıma düşdü”.
Aktyor, aparıcı Mətanət Əlverdiyevanın ”Emili heç yuxuda görmüsünüz?” sualına isə belə cavab verib:
“Emilin vəfatından sonra heç yuxum olmur, yatmıram. 5-10 dəqiqə mürgüləyirəm, amma sonra yata bilmirəm. Onu yuxumda görsəydim, deyərdim ki, gəl yanıma”.
Qeyd edək ki, Emil Rəhmanoğlu ötən il sentyabrın 19-da xəstəxanada dünyasını dəyişib.