2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib.
APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub.
Bu dövrdə sektorun cəmi kredit portfeli isə 4% və ya 919,2 milyon manat artaraq 24 milyard 155,1 milyon manata yüksəlib.
Qeyd edək ki, ilin əvvəlində bankların cəmi kredit portfeli 23 milyard 235,9 milyon manat təşkil edib.