Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

25
Apr
22:36
thumb_down 0

Bu gün Parisdə keçirilən Türkmənistanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə ikigünlük Beynəlxalq Forum (TEİF 2024) çərçivəsində Azərbaycanın “Caspian Logistics Solution”s və AZCHEMCO şirkətləri Türkmənistanın dövlət nümayəndə heyətinə hədiyyə olaraq Azərbaycan milli xalçasını təqdim ediblər.

“Caspian Logistics Solutions” holdinqinin sədr müavini Rifat Sultanzadə müsahibəsində qeyd edib ki, Qarabağ və Axal-Təkə atlarının təsviri olan bu xalça iki qardaş ölkənin ruhunu, nəcibliyini, azadlıq eşqini, eləcə də Azərbaycan və Türkmənistanın onsuz da möhkəm olan strateji əməkdaşlığının gücləndirilməsi istiqamətində hədsiz səylərini göstərir.

“Azərbaycan və Türkmənistan özlərini lazım olan hər şeylə tam təmin edən ölkələrdir. Ölkələrimiz xarici təsirin heç bir forma və növündən asılı deyil. Bu gün Azərbaycan və Türkmənistan gənc müstəqil dövlətlərdir, lakin müstəqilliyimiz dövründə biz çox böyük uğurlar əldə edə bilmişik. Ölkələrimiz Prezidentlərin rəhbərliyi altında inamla irəliləyir, sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələr kimi çox mühüm məsələləri həll edirlər”, - deyə R.Sultanzadə vurğulayıb.

O, qeyd edib ki, xalça bir hədiyyə olaraq xalqlarımızın ən qədim sənətini simvolizə edir. Həm Azərbaycan, həm də türkmən xalçaları dünya şöhrəti qazanıb. “Türkmənistanda ölkənin dövlət rəmzləri üzərində xalça naxışları əks olunub ki, bu da əcdadların xatirəsinə, ənənələrinə və mənəvi təməllərinə, türkmən xalqının dünyagörüşünə və mentalitetinə sadiqliyi ifadə edir. Bu gün bu xalça göstərir ki, Qarabağ atı Axal-Təkə atı ilə birlikdə Türkmənistanda öz səyahətinə başlayır!”, - CLS-in sədr müavini deyib.

Qeyd edək ki, hədiyyə kimi təqdim olunan xalça xüsusi sifarişi əsasında Azərbaycanın xalça istehsalçısı “Azərxalça” tərəfindən toxunub.