Builki “Avroviziya” təmsilçilərimiz Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətov İsveçə yollanıblar.
seher.media xəbər verir ki, duet ortaqları Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşməzdən əvvəl bayrağımızla çəkdirdikləri fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüblər.
Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda planlaşdırılıb. Təmsilçilərimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcəklər.