Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunun “Qlobal əməkdaşlıq, artım və enerji inkişafı” tədbirində iştirak edəcək.
seher.media xəbər verir ki, bu barədə nazir “X” hesabında bildirib.
“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində İslam İnkişaf Bankının 50 illiyinə həsr olunmuş Qızıl Yubileyi və İllik Toplantısında, həmçinin Dünya İqtisadi Forumunun “Qlobal əməkdaşlıq, artım və enerji inkişafı” tədbirində iştirak edəcəyik. Səudiyyə Ərəbistanının və digər ölkələrin rəsmiləri ilə əlaqələrimizin gündəliyində olan məsələlərə dair ikitərəfli görüşlər keçirəcəyik”, - o yazıb.
As part of our visit to the Kingdom of #SaudiArabia, we will take part in the Golden Jubilee commemorating the 50th anniversary of the Islamic Development Bank (@isdb_group), along with the Bank’s annual meeting. We will also attend the special meeting on "Global Collaboration,… pic.twitter.com/PRQqxG6EZs
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 28, 2024