Lənkəranda 62 yaşlı kişi özünü bıçaqlayıb

29
Apr
17:54
thumb_down 0

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, rayonun Yuxarı Nüvədi kənd sakini 1962-ci il təvəllüdlü İbrahim Ağacan oğlu Səfərov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər ona qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. İ.Səfərov əməliyyata götürülüb.

İlkin məlumata görə, İ.Səfərov bıçaqla özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma gedir.