Azərbaycanlı milyarder sərvətini xeyli artırıb

2
May
01:36
thumb_down 0

Rusiyada yaşayan və “Lukoil” şirkətinin təsisçisi olan azərbaycanlı milyarder Vahid Ələkbərov ilin əvvəlində 2,78 milyard dollar qazanaraq sərvətini 27.4 milyard dollara çatdırıb.

Bu barədə “Bloomberg”in Milyarderlər İndeksinə (BBI) əsasən məlumat yayılıb.

Məlumata görə, Ələkbərov hazırda Rusiyanın ən zəngin adamları siyahısında metallurgiya maqnatı Vladimir Lisinlə birgə iki və üçüncü yerləri bölüşür.

Ümumilikdə, 2024-cü ilin ilk dörd ayında ən varlı rusiyalı iş adamlarının toplam sərvəti 14,89 milyard dollar artıb.