Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edilib - VİDEO

2
May
12:36
thumb_down 0

Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib. Nəticədə Pirallahı qəsəbəsi ərazisində kəsici-deşici alətlərin satışının təşkil edildiyi balıqçı mağazası müəyyən edilib. Obyektdən xəsarət yetirmək təyinatına malik ümumilikdə 129 ədəd bıçaq və 14 ədəd balta aşkarlanaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub. Mağazanın sahibi T.Əsgərzadə barəsində araşdırmalar davam etdirilir.