Şərq Tərəfdaşlığı çərçivəsində İnvestisiya Planının Azərbaycanda icrası müzakirə edilib - YENİLƏNİB + FOTO

3
May
18:54
thumb_down 0

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kopmanla görüşüb.

seher.media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə  Avropa İttifaqının 2021-2025-ci illər üzrə Şərq Tərəfdaşlığı prioritetləri çərçivəsində İqtisadi və İnvestisiya Planının Azərbaycanda icrası, COP29 çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Tərəflər növbəti illər üzrə ortaq prioritetlərə uyğun potensial əməkdaşlıq sahələrini nəzərdən keçiriblər.

17:30

Avropa İttifaqının (Aİ) 2021-2025-ci illər üzrə Şərq Tərəfdaşlığı prioritetləri çərçivəsində İqtisadi və İnvestisiya Planının Azərbaycanda icrası müzakirə edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir deyib ki, Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kopman ilə görüşdə bir sıra istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə edilib: “Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq və Aİ ilə ümumi əməkdaşlıq istiqamətləri müzakirə edilib”.