COP29-un rəsmisi BMT-nin plenar sessiyasında çıxış edib - FOTO/VİDEO

9
May
17:18
thumb_down 0

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva BMT-nin Keniyanın Nayrobi şəhərində keçirilən Vətəndaş Cəmiyyəti Konfransında “Planetimizdəki İqlim Dəyişikliyi ilə bağlı Fövqəladə Vəziyyətin idarə edilməsi” adlı plenar sessiyada çıxış edib.

seher.media xəbər verir ki, o, çıxışında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un yüksək səviyyədə keçirilməsi və qalıcı olması üçün görülən səmərəli işlərdən danışıb.

“Bu, Azərbaycanda dövlət və hökumət başçılarını, vətəndaş cəmiyyəti təşkilatlarını, işgüzar dairələri və beynəlxalq institutları bir araya gətirmək, iqlim dəyişikliyini, Paris Sazişinin həyata keçirilməsini sürətləndirmək üçün tədbirləri müzakirə etmək və uzunmüddətli iqlim strategiyaları və hədəflərinə diqqət yetirmək üçün əla fürsətdir”.