Azərbaycan nefti cüzi bahalaşıb

10
May
11:00
thumb_down 0

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

seher.media xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti ötən günlə 0,02 ABŞ dolları və ya 0,02% artaraq 85,23 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.