“Avroviziya-2024”ün Niderlanddan olan ifaçısı Yost Klayn müsabiqənin münsiflər heyətinin şousunda iştirak edə bilməyəcək. O, müsabiqədən uzaqlaşdırılıb.
Bu barədə tədbirin təşkilatçısı olan Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.
Qərara səbəb kimi pərdəarxası baş verən hadisə göstərilir, ancaq təfərrüat açıqlanmır. Sadəcə o məlumdur ki, EBU insidentlə bağlı araşdırmaya başlayıb.
İsveç mətbuatının məlumatına görə, müğənni ya fotoqrafla, ya da prodüserlə qarşıdurmaya girib.
Eyni zamanda, hələlik Niderlandın yarışdan diskvalifikasiyasının müzakirə olunmadığı vurğulanıb.
Xatırladaq ki, İsveçdə “Avroviziya-2024” mahnı müsabiqəsinin başa çatıb.
Mənbə: RIA Novosti