Azərbaycanda minimum əməkhaqqı artırıla bilər

13
May
10:18
thumb_down 0
38

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır.

“Report” xəbər verir ki, bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.