Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin 10 il həbs cəzası verilmiş sabiq rəisi general-mayor Tofiq Həsənov barəsindəki hökmdən narazıdır.
General artıq hökmdən apellyasiya şikayəti verib.
T.Həsənov şikayət ərizəsində ağır cinayətdə təqsirli bilindiyi hökmün ləğv edilməsini xahiş edir.
Şikayətə Naxçıvan Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Tofiq Həsənov Dövlət Təhlükəsizliyi Xidmətində (DXT) istintaqı aparılan cinayət işi üzrə saxlanılıb.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Həsənov mənimsəmədə və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin onun general rütbəsindən, medal və təltiflərdən məhrum edilməsi ilə bağlı müvafiq orqana təqdimat göndərilməsi haqda qərar qəbul edilib.