Yevlaxda keçmiş məhkum özündən 20 yaş kiçik arvadını amansızlıqla qətlə yetirdi

19
May
23:54
thumb_down 0

Yevlax şəhərində törədilmiş qətlin təfərrüatı məlum olub.

"Report"un məlumatına görə, Yevlax şəhər, Elçin Ağayev küçəsində yerləşən fərdi evlərin birində 1984-cü il təvəllüdlü Ləman Yolçu qızı Şükürovaya 10-dan çox bıçaq xəsarəti yetirilib, qadın hadisə yerində vəfat edib.

Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Vəli Mətləb oğlu Şükürovdur. O, hadisədən sonra özünə də bıçaqla xəsarət yetirərək intihara cəhd edib.

V.Şükürov xəstəxanaya çatdırılıb, onun həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, ailənin iki övladı var. L.Şükürova Yevlaxdakı orta məktəblərin birində xadimə işləyirmiş. V.Şükürovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

19:39

Yevlaxda kişi arvadını öldürdükdən sonra özünə xəsarət yetirib.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb

Bildirilib ki, may ayının 19-da Yevlax rayonunda 1984-cü il təvəllüdlü Ləman Yolçu qızı Şükürovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1964-cü il təvəllüdlü Vəli Mətləb oğlu Şükürov daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.