Məşhur aktrisa Skarlett Yohansson süni intellekti oğurluqda günahlandırdı

21
May
14:18
thumb_down 0

Məşhur ABŞ-li aktrisa və müğənni Skarlett Yohansson süni intellektin yaradıcılarını və OpenAI-ni oğurluqda günahlandırıb.

Yohansson bildirib ki, ChatGPT sistemi üçün onlar aktrisanın səsinə olduqca bənzər səs yaradıblar.

Qeyd edək ki, daha əvvəl "Qisasçılar"ın ulduzu Skarlett Yohansson şirkətin çatbotu səsləndirmək təklifindən imtina edib.

OpenAI-nin icraçı direktoru Sem Altman aktrisanın ittihamı ilə razılaşmayıb və səsin Yohanssona deyil, başqa bir peşəkar aktrisaya aid olduğunu bildirib.

Mənbə: MK.ru