Azərbaycanın təşəbbüsü ilə "Made in Turan" brendi yaradılıb

22
May
16:36
thumb_down 0

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə türk dünyası markalarını birləşdirən "Made in Turan" brendi yaradılıb.

Bu barədə "Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, "Made in Turan" markasının rəsmi təqdimetmə mərasimi sabah - mayın 22-də keçiriləcək.

Məlumata görə, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vahid markalaşmaya keçid etməsi bu ölkələrin istehsal etdikləri məhsul, göstərdikləri xidmətə qarşı marağı daha da artıracaq.

"Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyinin rəhbəri Camid Mövsümov qeyd edib ki, bu marka üçün əldə olunacaq xüsusi güzəştlər sayəsində ölkələr arasında ticarət dövriyyəsi artacaq və iqtisadi əlaqələr möhkəmlənəcək.

"Made in Turan"ın tətbiq olunması, həmçinin Türk dünyası markalarının yeni dövrə keçid etməsidir. Bu markalaşma siyasəti nəticəsində türk dövlətləri markaları qlobal marka olma yolunda əmin addımlarla irəliləyəcək, əldə olunacaq xüsusi güzəştlər sayəsində türk dövlətləri arasında olan ticarət dövriyyəsi artacaq.

Marka Türk dünyasının qlobal miqyasda mühüm iqtisadi güc olaraq tanınmasına öz töhfəsini verəcək", - deyə Camid Mövsümov əlavə edib.