Vüqar Gülməmmədov: "Azərbaycan ötən il xaricdən borc almayıb"

23
May
14:36
thumb_down 0

"2023-cü ildə Azərbaycanda xarici borclanma ilə bağlı 750 milyon manat ekvivalentində limit müəyyən edilsə də, borc cəlb olunmayıb".

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Ötən il daxili borclanma ilə bağlı limit isə 1,8 milyard manat müəyyən edilmişdi, bunun da 1,7 milyard manatından istifadə olunub", - deyə o qeyd edib.