Göyçayda 45 yaşlı kişi qətlə yetirildi

23
May
23:18
thumb_down 0
29

May ayının 23-də saat 21 radələrində Göyçay şəhərində 1979-cu il təvəllüdlü Əhmədov Rza Ağarza oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

seher.media bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.