Bu gün "Baku Crystal Hall"da "Baku Fashion Week"in ikinci mövsümü başlayıb. Tədbirin məqsədi beynəlxalq standartlara cavab verən moda həftəsi keçirmək və yerli dizaynerlərə öz brend və kolleksiyalarını tanıtmaq üçün şərait yaratmaqdır.
seher.media-ın məlumatına görə, mayın 26-dək Azərbaycan, Türkiyə, Gürcüstan və Rusiyanı təmsil edən yerli və xarici dizaynerlərin kolleksiyalarının 14 nümayişi keçiriləcək.
"Baku Fashion Week"ə yerli və xarici bloqerlər, inflüenserlər, eləcə də yaxın və uzaq xaricdən olan moda ikonaları dəvət olunublar. Onların arasında rusiyalı model, teleaparıcı Svetlana Bondarçuk, populyar bloqer, Qırğızıstandan olan tiktoker Zee və başqaları var.
Firəngiz Ağalarova