Qəbələdə ictimai qayda pozuntusuna yol verdiyinə görə saxlanılan şəxslər sərbəst buraxıldılar

29
May
18:00
thumb_down 0

Qəbələdə ictimai qayda pozuntusuna yol verdiyinə görə saxlanılan bloqer Fatimə Mövlamlı və ictimai fəal Nicat İsmayıl sərbəst buraxılıblar.

Bu barədə seher.media-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, onlarla profilaktik iş aparılıb və sərbəst buraxılıblar.

16:26

Bloqer Fatimə Mövlamlı və ictimai fəal Nicat İsmayıl Qəbələdə polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan seher.media-a bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar.

"İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək", - məlumatda deyilir.