Azərbaycanda beş ayda valyuta hərraclarında nə qədər dollar satılıb?

30
May
14:18
thumb_down 0

2024-cü ilin yanvar-may aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 37 valyuta hərracında 2 milyard 968 milyon ABŞ dolları satılıb.

seher.media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-may aylarında keçirilən valyuta hərraclarında banklara 1 milyard 492,4 milyon ABŞ dolları satılıb.

Cari ilin may ayında keçirilən 7 valyuta hərracında isə valyuta satışının məbləği 558,6 milyon dollar təşkil edib.