Ağsuda 43 yaşlı kişi GÜLLƏLƏNDİ

31
May
20:36
thumb_down 0
154

Bu gün saat 19 radələrində Ağsu rayonunda 43 yaşlı kişi güllələnib.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 1981-ci il təvəllüdlü Sahib Sərxan oğlu Osmanovun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Nəticədə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Elnur Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.