Amerikalı müğənni Madonna yenidən məhkəməyə verilib.
Castin Lipeles adlı pərəstişkarı sənətçini konserti zamanı intim əlaqənin simulyasiyasında ittiham edib.
Kişinin dediyinə görə, "Celebration" turu çərçivəsində şounun açıq-saçıqlığı onu heyrətə gətirib. İddiaçı hesab edir ki, müğənni biletləri almamışdan əvvəl insanlara konsertin məzmunu ilə bağlı xəbərdarlıq etməli idi.
Lipeles Madonnanın çıxışının gözləntiləri doğrultmadığını bildirib.
Bundan başqa, Lipeles şounun gec başlamasından və zalda kondisionerin işləməməsindən şikayətlənib. O, sənətçinin bu qədər yersiz yolla qazanc əldə etməsinə görə biletlərin qiymətinin qaytarılmasını və kompensasiya tələb edib.
Mənbə: daily.afisha.ru