Mehriban Zəki Oqtay Əliyevin vəfat etdiyi qəzadan danışdı

2
İyn
17:18
thumb_down 0

"O qəzanın başıma gəldiyinə çox sevindim, Allaha şükür etdim".

seher.media xəbər verir ki, bunu ötən il avtomobil qəzasına düşən Xalq artisti Mehriban Zəki "Göstərir radio" verilişində deyib.

O bildirib ki, həmin qəzadan sonra çox şey dəyişdi:

"Cavabını axtardığım bir çox mətləblər mənə aydın oldu. Çox şeyləri axtarırsan, oxuyursan, araşdırırsan, söhbət edirsən, gəzirsən və cavabını tapa bilmirsən. Lakin bir hadisəni yaşayırsan və onda hər şey daha aydın olur. Təbii ki, bu qəza ölümlə nəticələndi. Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevi itirdi".

Xatırladaq ki, Oqtay Əliyev ötən il martın 22-də avtomobil qəzasında vəfat edib. Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəza zamanı avtomobildə olublar.

Mehriban Zəki müalicədən sonra evə buraxılıb.