Sümbülə Əliyevanın məhkəmə prosesi: "Bu işdə Vəkillər Kollegiyası zərərçəkmiş olmalı deyil"

3
İyn
15:36
thumb_down 0
35

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə Bakıda yerləşən vəkil bürolarından birinin müdiri işləmiş, təqsirləndirilən şəxs Sümbülə Əliyevanın məhkəmə prosesi davam edib.

"Unikal"ın məlumatına görə, hazırda vəkil işləyən, şahid Könül Əliyeva ifadə verərək bildirib ki, Sümbülə xanımı tanıyır:

"Hər ay əməkhaqqımızı alırdıq. Hesabatlarımızı verirdik. Ödənilməyən əməkhaqqımız qalıb büroda, mən orderləri təqdim elədim 697 manat qalıb mənə veriləsi. Dedilər bunlar Sümbülə xanımın vaxtında olub, ödəyə bilmərik. Heç bir şikayətim yoxdur, ancaq ödənilməyən məbləğin Dövlət Sosial Müdafiə Fonduna çatacaq hissəsini ödəsinlər, gələcəkdə təqaüd alanda hesablasınlar. 59 müqavilə üzrə pulumun bir hissəsi ödənilib".

Daha sonra şahid, hazırda vəkil işləyən Rauf Abdullayev ifadə verib:

"Sümbülə xanımı çoxdan tanıyıram, 2007-ci ildən həmin büroda işləyirəm, Rauf müəllim təqaüdə gedəndən sonra Sümbülə xanım müdir oldu. 2018-ci ildə Sərdar müəllim müdir gəldi və bizə dedi ki, Sümbülə xanımın dövründə olan müqavilələri mənə gətirməyin, mən qəbul etmirəm. 60 müqavilə üzrə 5140 manat mənə ziyan dəyib deyirlər, ancaq müstəntiq özü bildiyi şeyləri yazdı. Deyə bilərəm ki, mən zərərçəkən deyiləm, mən şahidəm. Mənim heç bir iddiam yoxdur. Kollegiyadan da nəsə istəməyə hüququm yoxdur. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm, ancaq pulla bağlı hissəni təsdiq etmirəm".

Şahid Mehman Abbasov da ifadə verərək qeyd edib ki, əvvəlki ifadəmi təsdiq edirəm:

"Mənim büroda 100-dən çox müqaviləm var. Bəzən icra hakimiyyətindən müqavilə olan işlərə görə pullar ödəyirdilər, hər ay 700-800 manat pul alırdım. 2018-ci ildə Dövlət Sosial Müdafiə Fonduna verdiyim sorğuya cavab verdilər ki, 2014-2016-cı illərdə 1 saylı hüquq məsləhətxanasından heç bir ödəniş olmayıb. Vətəndaşlarla imzaladığım müqavilələrin pulunu almamışam. 19 040 manat pulum ortada itib. 11 379 manat mənə çatmalı idi. Mən əslində zərərçəkmiş olmalıyam. Vəkillər Kollegiyası əslində zərərçəkən deyil".

Məhkəmə prosesi 6 iyun tarixinə kimi təxirə salınıb.