"Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi iqtisadiyyat və enerji sahələrində də strateji tərəfdaşlıq uğurla inkişaf edir".
seher.media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında yazıb.
"Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə SOCAR ilə BOTAŞ arasında energetika sahəsində imzalanan sazişlər regionda enerji təhlükəsizliyinin güclənməsinə əlavə təkan verəcəkdir", - deyə nazir qeyd edib.
#Azərbaycan və #Türkiyə arasında bütün sahələrdə olduğu kimi #iqtisadiyyat və #enerji sahələrində də strateji tərəfdaşlıq uğurla inkişaf edir. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın (@aBayraktar1) iştirakı ilə #SOCAR (@SOCARofficial) və #BOTAŞ… pic.twitter.com/eDBqOYwDze
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 4, 2024