Üç nəfərin 47 min manatını almaqda şübhəli bilinən şəxs tutulub

4
İyn
12:18
thumb_down 0
43

Üç nəfərin 47 700 manat pulunu talamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə OxuAz Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda üç nəfərin 47 700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1984-cü il təvəllüdlü Füzuli Qəhrəmanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.