Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu təsdiqlənib

4
İyn
17:36
thumb_down 0
24

Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu təsdiqlənib.

"Report" xəbər verir ki, bu Prezident İlham Əliyevin iyunun 4-də imzaladığı "Ədliyyə orqanlarının inkişafı haqqında" fərmana dəyişiklik etməsi ilə mümkün olub.

Beləliklə, Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu belə olacaq:

Strateji planlaşdırma və monitorinq baş idarəsi;

Qanunvericilik baş idarəsi;

Notariat, qeydiyyat və reyestr baş idarəsi;

İcra xidməti (baş idarə səlahiyyətli);

Probasiya xidməti (baş idarə səlahiyyətli);

Beynəlxalq əməkdaşlıq baş idarəsi;

Bələdiyyələrlə iş baş idarəsi;

Cəzaların icrasına nəzarət baş idarəsi;

İstintaq idarəsi;

İnsan resursları idarəsi;

Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi;

Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi;

Maliyyə və təminat idarəsi.

Mətbuat xidməti (idarə səlahiyyətli)";