Ağcabədi rayonunda bıçaqlanma hadisəsi verib.
Hadisə rayonun Avşar kəndində qeydə alınıb. Belə ki, kənd sakini S.Həsənov yaşadığı evdə şəxsi münasibətlər zəminində bacısı 23 yaşlı Əsmər Həsənovaya kəsici-deşici alətlə ağır xəsarət yetirib. Ə.Həsənova xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.