Cəbrayılda GES-in tikintisi nə zaman başa çatacaq?

6
İyn
16:36
thumb_down 0

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ilin sonuna kimi bp və "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə birlikdə Cəbrayıl rayonunda gücü 240 MVt olan "Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) tikintisi layihəsini həyata keçirməyi planlaşdırır".

"Report" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Bakı Enerji Forumunun II günündə deyib.

"Biz bp və Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə Günəş Elektrik Stansiyasının tikintisi layihəsini həyata keçiririk. Stansiyanın inşası 2025-ci ilin sonuna qədər tamamlanacaq", - o vurğulayıb.