ABŞ-də keçirilən gözəllik müsabiqəsinin qalibi sosial şəbəkələrdə müzakirələrə səbəb oldu

8
İyn
07:54
thumb_down 0
48

ABŞ-nin Alabama ştatında keçirilən "National American Miss" gözəllik yarışmasında qalib "plus size" modeli Sara Milliken olub.

23 yaşlı qız bu arzusunu həyata keçirmək üçün səkkiz il çalışdığını deyib, həmçinin növbəti hədəfinin "ABŞ gözəli" seçilmək olduğunu bildirib.

Qeyd edək ki, müsabiqənin nəticələri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bəziləri gözəllik anlayışını ölçülərə sığdırmağın düzgün olmadığını və seçimi alqışladıqlarını desələr də, digərləri gənc qızın görünüşünün "bodypositive"dən çox uzaq olduğunu vurğulayıblar. Onların fikrincə, bu seçim insanın özünü olduğu kimi qəbul etməsinin təbliğatı deyil, əksinə zərərli qida vərdişlərinin təşviqidir.

Mənbə: KP.ru