Qusar polisindən əməliyyat: Saxlanılan var

10
İyn
13:54
thumb_down 0
26

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Yaşar Balaşov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, ondan 4 kiloqram narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Yaşar Balaşovun barəsində həbs qətimkan tədbiri seçilib.