Bredli Kuper imicini dəyişərək pərəstişkarlarını məyus etdi

12
İyn
05:36
thumb_down 0
35

Hollivud aktyoru Bredli Kuper yeni obrazı ilə ictimaiyyət qarşısına çıxıb.

49 yaşlı aktyor supermodel İrina Şeyklə birgə övladı olan yeddi yaşlı qızı Liya ilə gəzərkən fotokameralara tuş gəlib. Aktyor tünd boz rəngli qısaqol köynək, mavi cins şalvar, idman ayaqqabısı və gün eynəyi ilə görüntülənib.

İnternet istifadəçiləri sənətçinin saqqalının formasını dəyişdiyini və tamam başqa cür göründüyünə diqqət yetiriblər. Lakin pərəstişkarları məşhurun imicindəki dəyişikliyi elə də yüksək qiymətləndirməyiblər.

"Xahiş edirəm, mənə deyin ki, bu eybəcər saqqal rol üçündür", "Saqqalın qəribə forması kimi boyanmış saçlar da dəhşətlidir", "Bredli hər cəhətdən möhtəşəmdir, amma bu saqqal çox pisdir" deyə şərhlərdə qeyd olunub.

Bredli Kuper imicini dəyişərək pərəstişkarlarını məyus etdi

Bredli Kuper imicini dəyişərək pərəstişkarlarını məyus etdi

Mənbə: Daily Mail