Elşad Məmmədov: "Yeni sistem eyni mənzilin bir neçə nəfərə satılmasını aradan qaldıracaq"

12
İyn
17:18
thumb_down 0

"Yeni sistem eyni mənzilin bir neçə nəfərə satılmasını aradan qaldıracaq".

seher.media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemi və əmlakın qeydiyyatında yeni islahatlar" mövzusunda Bakıda sahibkarlarla keçirilən görüşdə bildirib.

O qeyd edib ki, yeni sistemdə mənzil altsistemi olacaq ki, bu da vətəndaşların ən çox gözlədiyi məsələlərdən biridir:

"Bu altsistem mənzillərin bir neçə nəfərə satışı, mənzil-tikinti kooperativləri (MTK) tərəfindən bəzən mənzilin sahəsinin fərqli hesablanması kimi problemlərin qarşısını alacaq. Həmçinin, mənzil istismara qəbul olunana qədər mənzil almış şəxslər onu alqı-satqı etməkdə çətinlik çəkirlər. Amma çoxmənzilli yaşayış binalarının tikintisinə icazə alındığı andan etibarən həmin binaların imitasiyası sistemdə yaradılacaq. Bununla da hər bir MTK, hüquqi və fiziki şəxs mənzil tikdiyi an onun ilkin satışını sistem vasitəsilə həyata keçirə biləcək".

Nəzrin Vahid