Qisas üçün həmkəndlisinin canını aldı

14
İyn
01:18
thumb_down 0

Ordubad sakini həmkəndlisini qətlə yetirib.

seher.media xəbər verir ki, bu barədə Ordubad Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 13-də Ordubad rayonunun Unus kənd sakininin bıçaq zərbəsi alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1976-cı il təvəllüdlü Bəxtiyar Sərdar oğlu Rəsulovun qisas motivi ilə həmkəndlisi 1974-cü il təvəllüdlü İbrahim Əsədullah oğlu Tağıyevə bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bəxtiyar Sərdar oğlu Rəsulov şübhəli şəxs qismində tutulub.

Ordubad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.