Mingəçevirdə silahlı şəxs saxlanılıb

14
İyn
11:54
thumb_down 0

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən, əvvəllər də məhkum olunmuş Ümid Abbasov saxlanılıb.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, ondan bir ədəd "Kalaşnikov" avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb. Ü.Abbasov odlu silahı bir il əvvəl əldə etdiyini və yaşadığı evin zirzəmisində gizlətdiyini bildirib. Sonuncu dəfə o, avtomatı başqa yerdə gizlətmək məqsədilə apararkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Ü.Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.