Teylor Sviftin azarkeşləri Şotlandiyada zəlzələyə səbəb oldular

15
İyn
02:36
thumb_down 0

Şotlandiyanın paytaxtı Edinburqda məşhur müğənni Teylor Sviftin konsertində maraqlı hadisə baş verib. Belə ki, amerikalı müğənninin fanatları musiqinin ritminə uyğun rəqs edərkən zəlzələyə səbəb olublar.

Bu barədə Britaniyanın Geologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, konsert zamanı azarkeşlərin coşqulu rəqsləri nəticəsində yaranan titrəmələr ətraf əraziyə - 6 kilometr məsafəyə qədər yayılıb. Elmi məlumatlara əsasən, ən güclü təkanlar "Ready For It?", "Cruel Summer" və "Champagne Issues" mahnılarının ifa olunduğu anlarda qeydə alınıb.

Mənbə: Lenta.ru