Tərtər rayonunda 32 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

15
İyn
09:18
thumb_down 0
36

Tərtər rayonunda 32 yaşlı Abil Mətləb oğlu Əliyevi öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə seher.media-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Əliyevin qardaşı 1991-ci il təvəllüdlü Sədi Mətləb oğlu Əliyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Araşdırma aparılır", - məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, ötən gün Tərtər rayonunda 1992-ci il təvəllüdlü kişi qətlə yetirilib.