Kəlbəcərdə minlərlə çətənə bitkisi məhv edildi

18
İyn
18:00
thumb_down 0
35

Kəlbəcərdə yabanı halda bitən 1 352 kq çətənə bitkisi məhv edilib.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə şəhər ərazisində yabanı halda bitən 1 352 kq 3518 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.