Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 18-də ümumi çəkisi 105 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 103 kiloqrama yaxın marixuana, 217 qram metamfetamin, 709 qram tiryək, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 1390 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.