Ağsuda 1,4 ton çətənə kolu məhv edilib.
seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaşxaş-2024" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində şəhər ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1 400 kiloqram olan 3115 ədəd çətənə kolu yandırılaraq məhv edilib.