Məşhur müğənni Keti Perrinin qısa müddətdə xeyli arıqlamasının SİRRİ

21
İyn
04:54
thumb_down 0

Məşhur müğənni Keti Perrinin qısa müddətdə xeyli arıqlamasının sirri açıqlanıb. Məlum olub ki, o, əri Orlando Blumun pəhrizinə riayət etdikdən sonra bunu bacarıb.

Bu barədə "Daily Mail" ailəyə yaxın mənbəyə istinadla xəbər verib.

Bildirilir ki, bir neçə gün öncə Perri "Woman"s World" mahnısının çıxacağını elan edib və balaca çimərlik geyimində poz verdiyi şəkillərini paylaşıb. İnternet istifadəçiləri mahnıdan çox müğənninin bədən quruluşunu müzakirə ediblər. Bəziləri ifaçını "photoshop" proqramından həddindən artıq istifadə etməkdə günahlandırıblar, onların sözlərinə görə ulduz heç vaxt bu qədər arıq olmayıb. Digərləri isə onun II tip şəkərli diabetin müalicəsi üçün olan "Ozempik" preparatından istifadə etdikdən sonra arıqladığını düşünüblər.

Ancaq mənbə internet istifadəçilərinin fərziyyələrini təkzib edib. Onun sözlərinə görə, Keti Perri Orlando Blumun xüsusi pəhrizi və məşqləri sayəsində artıq kilolardan xilas olub.

"O, acılı yeməkləri, toyuq nagetslərini və şirniyyatı sevir, amma son vaxtlar daha intizamlı olub. İndi o, Orlandonun qidalanma sisteminə riayət edir. Həmçinin gələcək albomunun dəstəyi üçün bir neçə konsert təşkil etmək istədiyinə görə daha çox məşq etməyə başlayıb", - deyə mənbə bildirib.

Keti Perrinin yarımfabrikatlardan da imtina etdiyi vurğulanıb.

Qeyd edək ki, Orlando Blum bir müddət əvvəl öz pəhrizi barədə danışarkən bitki və zülallarla qidalanmağa üstünlük verdiyini açıqlamışdı.

"Rasionum 90 faiz bitki əsaslıdır. Səhər yeməyim arpa yarması, fındıq südü, darçın, giləmeyvələr, vegan zülal tozudur. Qlüten məni yuxuladır", - deyə o vurğulayıb.

Ulduz həmçinin qırmızı əti nadir hallarda yediyini əlavə edib.

İdmanları ilə bağlı danışarkən isə Blum məşqləri qarışdırmağa üstünlük verdiyini bildirib.

"Beləliklə, çox gəzirəm və ya velosiped sürürəm. Yaxud da aşağı sürətli aerobika etməyə çalışıram, sonra bir neçə dəfə artırıram. Çox ağır çəkilərdən uzaqlaşmışam. Orta yaşlarımda uzunömürlülük haqqında daha çox düşünürəm", - deyə o əlavə edib.

Keti Perri Hollivud ulduzu Orlando Blum ilə 2016-cı ildən bəri münasibətdədir. 2019-cu ildə sevgililər nişanlandıqlarını elan ediblər. Məşhurlar bir neçə aylıq ayrılsalar da, tezliklə yenidən birləşiblər. 2020-ci ilin avqust ayında cütlüyün qızı dünyaya gəlib. Onlar qızlarına Deyzi Dav adını veriblər.

Məşhur müğənni Keti Perrinin qısa müddətdə xeyli arıqlamasının SİRRİ

Məşhur müğənni Keti Perrinin qısa müddətdə xeyli arıqlamasının SİRRİ