Xocalıda yabanı halda bitən 1 ton 47 kiloqram çətənə bitkisi məhv edilib

21
İyn
11:18
thumb_down 0
20

Xocalıda yabanı halda bitən 1 ton 47 kiloqram çətənə bitkisi məhv edilib.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Əsgəran qəsəbəsi ərazisində yabanı halda bitən 1 ton 47 kiloqram - 1150 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.